Məlumatları 550 km-dək məsafəyə təhlükəsiz göndərmək mümkün olacaq

67

Toshiba” şirkətinin mütəxəssisləri müasir texnologiyaların köməyi ilə təhlükəsiz mesajlar göndərmək üçün kvant mexanikasının qanunlarına əsaslanan yeni üsul düşünüblər.

Yeni üsulla təhlükəsiz məlumatların 550 km-dək məsafəyə göndərilməsi mümkündür. Bu halda şifrləmə açarı bütün məlum üsulların heç biri ilə ələ keçirilə bilməz.

NUHÇIXAN “hi-news.ru” saytına istinadən xəbər verir ki, “Toshiba” şirkətinin mütəxəssisləri tərəfindən düşünülmüş kvant mexanikasının qanunlarına əsaslanan üsul haqda informasiya “Nature” jurnalında dərc edilib və hazırda nəzəri xarakter daşıyır. Ancaq artıq gələn il “Toshiba” təqdimat keçirməyi, sonrakı 2 il ərzində isə məlumat mübadiləsi üçün işlək üsulun prototipini yaratmağı planlaşdırır.

Əksər alimlər belə hesab edirlər ki, gələcəkdə dünyada qurulacaq təhlükəsiz kvant şəbəkələri ilə yüksək təhlükəsizlik tələb edən genetik məlumatlar, hökumət məlumatları və başqa informasiya mübadilə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: