“LG” şirkəti “X2” smartfonunu təqdim edib

165

“LG Electronics” şirkəti “X2” adlı orta texniki səviyyəli smartfonunu təqdim edib. Yeni aparat barmaq izləri skanerinə malikdir.

NUHÇIXAN xəbər verir ki, qurğu “IPS” matrisindən istifadə edən “HD” (1280×720 piksel) formatlı 5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessoru ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. “MicroSD” çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür.

İşıq diodu işıqlandırıcısına malik əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Həmçinin “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2” və “GPS” kimi simsiz kommunikasiya vasitələri dəstəklənir.

2500 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilmiş smartfon “Android 7.1.2 Nougat” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Aparatın ölçüləri 144,8×71,9×8,2 mm, çəkisi 152 qr-dır. “Auto Shot” (selfi çəkilişi zamanı sifətin avtomatik tanıması) və “Quick Share” (mesaj və ya SNS vasitəsilə şəkillərin ani ötürülməsi) kimi funksiyalar əlçatandır.

Yalnız qara rəngli korpusda satışa çıxarılacaq “LG X2” smartfonunun  Cənubi Koreya bazarında dəyəri təxminən 176 dollar təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: