İstilikkeçirmə kristalları kompüterləri qızmadan qoruyacaq

178

ABŞ tədqiqatçıları bor arsenidi adlanan yarımkeçirici material kristalları yaradıblar. Kristallar yüksək istilikkeçirmə qabiliyyətinə malikdir ki, bu da kompüter çipləri və tranzistorlardan istifadə edən sahələr üçün böyük əhəmiyyət kəsb edir.

NUHÇIXAN “Naukatv” resursuna istinadən xəbər verir ki, tərtibatçılar qeyd edir ki, güclü və kiçik elektronika üçün istiliyin qovulması məqsədilə metaldan istifadə yolverilməzdir, çünki bu, qısaqapanmaya səbəb ola bilər. Bundan başqa, soyutma ventilyatorlarından yararlanmaq olmaz, çünki onlar çox yer tuturlar. Bor arsenidi kristalları isə istiliyi çox qovmaqla texnikanın qızmasının qarşısını ala bilən ucuz yarımkeçiricidir.

Ekspertlər tərəfindən materialın geniş tətbiqi üçün onun xüsusiyyətlərinin təkmilləşdirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: