Yüksək hava temperaturu elektron qurğuların həddindən çox qızmasına səbəb ola bilər, ancaq belə hallar təcrübədə çox az qeydə alınır, “Strategy Analytics” şirkətinin icraçı direktoru Nil Mouston bildirib.
“Müasir cihazlar satışa çıxarılmazdan öncə ekstremal soyuq və isti hava şəraitlərində diqqətlə yoxlanılır. Hesablamalarımıza görə, cari ildə dünyada satılmış bütün smartfonların 0,0001 %-i təhlükəli həddə kimi qızacaq” – o deyib.
NUHÇIXAN “ria.ru” saytına istinadən xəbər verir ki, smartfon istehsalçıları isti günlərdə “ağıllı” telefonlardan təhlükəsiz istifadə üçün bir neçə sadə qaydaya riayət edilməsini bildiriblər.
“Bir qayda olaraq, elektron qurğular bu və ya digər dərəcədə ətraf mühitin təsirinə məruz qalırlar. İsti günlərdə smartfonların həddindən çox qızmasının qarşısını almaq üçün sadəcə bir neçə sadə qaydaya riayət etmək lazımdır: qoruyucu çexolu çıxartmaq, smartfonu ağır oyun və ya videolarla həddindən artıq yükləməmək, cihazı günəş şüalarının altında saxlamamaq” – “Huawei Consumer Business Group”un marketinq üzrə böyük meneceri Olqa Kobelskaya deyib.
“Biz havanın temperaturu +35-dən yuxarı olduqda günəş şüalarının altında smartfondan uzun müddət istifadəni tövsiyə etmirik” – Mouston qeyd edib.