“Instagram”da paylaşımları lentdən gizlətməyə imkan verən düymə əlçatan olub

184

“Instagram” sosial şəbəkəsində paylaşımları lentdən gizlətməyə imkan verən düymə təqdim edilib. Bu halda istifadəçi tərəfindən gizlədilmiş hesab sahiblərinə heç bir xəbərdarlıq edilməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu haqda məlumat sosial şəbəkənin rəsmi bloqunda dərc edilib.

Beləliklə, indi abunəçilikdən çıxmadan istifadəçilərin şəkil və tarixçələrini gizlətmək olar.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçinin profilində və ya onun fotosunda “…” nişanına sıxmaq kifayətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: