“Instagram” yeni funksiya istifadəyə verib

192

“Instagram”da sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı əlçatan olub. Bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə xidmət öz saytında məlumat yayıb. Məlumata görə, hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir. “Instagram” hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.

Bundan başqa, istifadəçilər “Instagram” xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: