İlk “Opera” mobil blokçeyn brauzeri təqdim olunub

121

“Opera” şirkəti desentralizasiya edilmiş şəbəkələrdə kriptovalyutalarla iş üçün nəzərdə tutulan ilk mobil blokçeyn brauzerini təqdim edib. Təqdimat bu günlərdə Londonda keçirilən “Hard Fork Decentralized” konfransı çərçivəsində baş tutub.

NUHÇIXAN “Planet Today” resursuna istinadən yazır ki, yeni “Opera” mobil brauzerin əsas fərqli cəhətləri sırasında kriptovalyutalar üçün quraşdırılmış pul kisəsi, eləcə də desentralizasiya ilə əlaqədar “Web 3.0” standartının dəstəklənməsi qeyd olunur.

“Android” əməliyyat sistemi ailələri üçün “Opera” mobil brauzeri “ağıllı” kontraktlar yaratmağa və tranzaksiyalar həyata keçirməyə imkan verən “Ethereum” protokolunu dəstəkləyir. Tərtibatçılar desentralizasiya edilmiş həllərə əsaslanan əlavələr (Dapps) yaratmaq imkanı əldə ediblər. Ümid edirik ki, brauzerin buraxılışı “Web 3.0” texnologiyasının tətbiqini sürətləndirəcək və interneti həqiqətən desentralizasiya olunmuş edəcək”, – “Opera Crypto” layihəsinin rəhbəri Çarlz Hemel bildirib.

Məlumata görə, “Web 3.0” texnologiyasından yararlanmaq üçün yeni “Opera” brauzerinin istifadəçilərindən müəyyən məbləğdə “Ethereum” kriptovalyutası alaraq onu mobil əlavəyə quraşdırılan pul kisəsində saxlamaq tələb olunur. Bu halda “Dapps” ilə əlaqədar funksiyalar birbaşa pul kisəsi interfeysində görünməyə başlayacaq.

“Opera” şirkəti 2019-cu ildə “Web 3.0” texnologiyasının dəstəklənməsini brauzerin “Microsoft Windows”, “Apple Mac” və “Linux” platformalı fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasına tətbiqini planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: