“ASUS” şirkətinə məxsus “Republic of Gamers” (ROG) brendi “Computex 2018” sərgisi çərçivəsində “ROG Rapture GT-AX11000” adlı dünyanın ilk 10 giqabit tutumlu “Wi-Fi” marşrutlayıcısını təqdim edib.
NUHÇIXAN xəbər verir ki, ən son “Wi-Fi 802.11ax” standartının dəstəklənməsi sayəsində yeni qurğu “802.11ac 4×4” standartlı mövcud routerlərlə müqayisədə 2,53 dəfə çox maksimal buraxılış qabiliyyətinə malikdir.
“802.11ax” standartında “OFDMA” texnologiyasının dəstəklənməsi isə bir neçə qurğunu vahid kanalda birləşdirməyə imkan verərək effektivliyi dörd dəfə artırır və enerji doldurma vaxtını azaldır.
“ROG Rapture GT-AX11000” marşrutlayıcısında oyunlar üçün istifadəçi qurğusu və oyun serveri arasında məlumat mübadiləsini xeyli sürətləndirən bağlantı üçün üçsəviyyəli sürət artırma nəzərdə tutulub.