Avqustun 31-dən sentyabrın 5-dək Berlində keçiriləcək “IFA 2018” beynəlxalq istehlak elektronikası sərgisinin açılışı ərəfəsində “LG Electronics” şirkəti dünyada 8K (7680 x 4320) təsvir ölçülü ilk OLED televizorunu təqdim edib.
NUHÇIXAN “ferra.ru” saytına istinadən xəbər verir ki, 8K təsvir ölçülü “LG OLED TV” modelinin diaqonalı 88 düym təşkil edir, panel 33 milyon özüişıqlanan piksellərdən ibarətdir.
Qeyd edək ki, OLED panelləri ənənəvi maye kristal ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Orqanik işıq diodları olduğu üçün işıqlandırmaya ehtiyac yoxdur. Bundan başqa, bu televizorların ekranları çox nazikdir.