“Huawei” şirkətinin smartfonları “iPhone”dan daha populyardır

178

Çinin texnologiya nəhəngi “Apple” ilə müqayisədə daha çox smartfon tədarük edib.

“Huawei” şirkəti 2018-ci ilin ikinci rübündə elektronika mağazalarına tədarük edilmiş smartfonların sayına görə “Apple”ı geridə qoyub. Bu haqda “Gartner” tədqiqat şirkətinin analitikləri bildiriblər.

NUHÇIXAN “life.ru” saytına istinadən yazır ki, yuxarıda göstərilən dövrdə mobil qurğu istehsalçıları 374 milyon smartfon tədarük ediblər, amma ötən ilin müvafiq dövründə  366 milyon aparat tədarük edilib.

“Huawei” şirkətinin smartfonlarına tələbat xeyli artıb. Son ildə Çin şirkəti istehsalı olan smartfonların tədarük həcmi 36-dan 50 milyonadək yüksəlib. Bunun nəticəsində Çinin elektronika nəhəngi smartfonların populyarlığı üzrə reytinqdə ikinci yerə yüksəlməyə imkan verib. “Apple” şirkətinin mobil qurğularına tələbatın təxminən eyni səviyyədə (44,7 milyon) olmasına baxmayaraq,  şirkət reytinqdə üçüncü yerə düşüb.

“Samsung” şirkəti smartfon bazarının lideridir, amma onun bazar payı azalıb: 2018-ci ilin ikinci rübündə şirkət 72 milyon smartfon tədarük edib. Müqayisə üçün, ötən ilin müvafiq dövründə bu göstərici 83 milyon mobil qurğu təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: