“Huawei Mate 20 Lite” smartfonu rəsmən təqdim edilib

168

“Huawei” şirkəti Berlində keçirilən “IFA 2018” sərgisi çərçivəsində öz yeniliklərini təqdim etməyə davam edir. Yeni ucuz “Mate 20 Lite” smartfonu təqdim edilib.

6,3 düymlük diaqonala malik displeyin təsvir ölçüsü 2340×1080 piksel təşkil edir və tərəflər nisbəti 19,5:9-a bərabərdir.

NUHÇIXAN “mail.ru” saytına istinadən yazır ki, korpusda 4 kamera yerləşdirilib: 24+2 meqapiksellik əsas kamera, 20+2 meqapiksellik ön kamera. Süni intellekt yaxşı şəkillər çəkməyə imkan verir: kadrın səhnə tipini avtomatik müəyyənləşdirir və optimal çəkiliş parametrlərini seçir.

Süni intellekt oyunların iş məhsuldarlığını optimallaşdırmaq və alış-veriş zamanı obyektləri müəyyənləşdirmək üçün istifadə olunur. Hətta kənar səslərin azaldılması üçün süni intellektdən istifadə olunur, rabitə ilə bağlı problem olduqda çağırışı avtomatik dayandırır. Rabitə yaranan kimi telefon çağırışlar siyahısındakı sonuncu kontakta avtomatik zəng vurur.

Aparat “Kirin 710” prosessoru ilə təchiz edilib, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaşa malikdir. Bundan başqa, 3750 milliamper/saat tutumlu akkumulyator və müasir “USB Type-C” konnektoruna malikdir. “Android 8.1 Oreo” sistemi əsasında “EMUI 8.2” interfeysinin idarəetməsi altında işləyir, “NFC” texnologiyası mövcuddur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: