“Google” android mobil əməliyyat sistemi üçün olan “Chrome” brauzerinə yeni faydalı funksiya əlavə edib. Bu funksiya brauzer internetə qoşulduğu zaman kontenti, həmçinin məqalələri qurğuda saxlamağa imkan verəcək. Beləliklə, istifadəçi saxlanmış məzmunu offlayn oxuya biləcək.
NUHÇIXAN hi-news.ru saytına istinadən xəbər verir ki, isifadəçi öz hesabına görə “Chrome”a daxil olduqda kontent qeyd edilən formada və onun naviqasiya tarixçəsinə əsaslanaraq seçiləcək. Daha əvvəl yüklənmiş kontent istifadəçiyə uyğun zamanda, hətta internet bağlantısı olmasa belə oxuna biləcək.
“Google” nümayəndələri qeyd edir ki, bu funksiya “növbəti milyard istifadəçi” bazarlarına (Next Billion Users) yönəldilib və istifadəçilərə əlçatan olacaq.