“Google” şirkəti URL-ünvanlardan imtina edə bilər

148

“Google”un mühəndisləri saytların identifikasiyası üçün URL-ünvanlardan imtina etməyə imkan verən yeni üsullar hazırlayırlar.

NUHÇIXAN “unian.net” resursuna istinadən yazır ki, şirkətin nümayəndələrinin fikrincə, URL-ünvanın indiki formatı köhnəlib. Bundan başqa, URL-ünvanlar təhlükəli ola bilər, çünki əksər smartfonlarda onlar tam göstərilmir ki, bu da hakerlərə saytların ünvanını dəyişdirməyə imkan verir. “Google” yeni həllini payızda, yaxud 2019-cu ilin əvvəlində nümayiş etdirəcək.

Hazırda “Google Chrome” brauzeri təxminən 2 milyard dəfə yüklənilib, bu halda 1 milyard nəfər hər ay brauzerdən istifadə edir. “Statcounter”in məlumatına görə, cari ilin avqustunda dünyada “Google” axtarış sisteminin payı 59,69% təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: