“Google Photos” servisi köhnə şəkilləri rəngləməyi öyrənib

75

“Google” şirkəti 8-10 may tarixlərində Mauntin-Vyu  şəhərində keçirilən “Google I/O 2018” konfransında “Google Photos” servisi üçün öz yeniliklərini təqdim edib.

NUHÇIXAN xəbər verir ki, ən maraqlı yeniliklərdən biri süni intellekt sisteminin köməyi ilə köhnə ağ-qara şəkillərin rənglənməsidir. İstifadəçi köhnə şəkli öz smartfonu ilə çəkməli olacaq, bundan sonra “Google Photos” servisi onu təhlil edərək şəklin rəngli variantını təklif edəcək.

Başqa yeniliklər arasında şəkildəki obyektlərin bölünməsi, sənədlərin təsvirinin tanınması və onların avtomatik PDF fayla konvertasiyası üçün süni intellektdən istifadəni qeyd etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: