“Google” başlanğıc ayar kimi axtarış sistemi statusu üçün 9 milyard dollar ödəyəcək

161

ABŞ-ın “Google” şirkəti “Apple Safari” brauzerində başlanğıc ayar kimi axtarış sistemi statusunu qoruyub saxlamaq üçün 9 milyard dollar ödəyəcək.

“Business Insider” nəşri yazır ki, gələn il ödəniş məbləği 12 milyard dollaradək artacaq. Ötən il “Google” bu seçim üçün 3 milyard dollar ödəmişdi.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, illik ödənişin məbləği “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda “Siri” səsli köməkçisi və “Safari” brauzerindən “Google” axtarış sisteminə edilmiş sorğulara görə hesablanır.

Analitiklərin fikrincə, “Google” üçün başlanğıc ayar kimi axtarış sistemi statusundan imtina etmək əlverişsizdir, çünki “Apple” sözügedən axtarış sistemi üçün ən böyük trafik mənbələrindən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: