“Facebook” şirkətinin hazırladığı süni intellekt adi fiti Motsartın simfoniyasına çevirəcək.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə layihənin tərtibatçıları məlumat veriblər.
Amma “Facebook” Motsartla işini məhdudlaşdırmaq fikrində deyil. Fiti Baxın kantatasına və Yozef Qaydnın əsərlərinə çevirmək də mümkün olacaq.
Süni intellekt “WaveNet” texnologiyasına əsaslanacaq.