“Facebook” məişət xidməti ustalarının axtarışı üçün servis istifadəyə verib

94

“Facebook” şirkəti “Marketplace” ticarət platformasının əsasında məişət işləri ustalarının axtarışı üçün servis istifadəyə verib. Hazırda ABŞ-da istifadəyə verilən servisin digər ölkələrdə işə salınacağı barədə məlumat verilmir.

NUHÇIXAN xəbər verir ki, istifadəçilər yeni servisin köməyi ilə evin təmiri və təmizlənməsi üzrə ustalar, sanitar-texnik və digər mütəxəssislər tapa biləcəklər. Sosial şəbəkənin məlumatına görə, “Facebook” minlərlə peşəkar podratçının çalışdığı “Handy”, “HomeAdvisor” və “Porch” kimi şirkətlərlə əməkdaşlıq edir.

ABŞ-da məişət işləri ustalarının axtarışı üzrə oxşar imkanları “Angie’s List” və “Amazon Home Services” şirkətləri də təklif edir.

“Facebook” nümayəndələri bildirirlər ki, yeni servis ABŞ istifadəçiləri tərəfindən bənzər xidmətlərə yüksək tələbatın olmasına görə istifadəyə verilib.

“Marketplace” platformasının inkişaf üzrə vitse-prezidenti Debor Lyunun sözlərinə görə, ABŞ-da insanları digər mövzularla müqayisədə daha çox ev xidmətləri ilə əlaqədar tövsiyələr maraqlandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: