“Facebook” fotolarda yumulmuş gözləri açacaq

222

“Facebook” mütəxəssisləri fotolarda qıyılmış və yumulmuş gözləri açmağa imkan verən alqoritm hazırlayıblar.

NUHÇIXAN “The Sun”a istinadən xəbər verir ki, xidmət “Generative adversarial network” adlanan proqram əsasında çalışır. Bu proqram böyük məlumat bazası əsasında sifətləri tanıya bilir.

Xidmətin köməyi ilə fotolarda insanların qıyılmış, yumulmuş gözlərini “açmaq” olur. Bu, çox keyfiyyətlə yerinə yetirilir və fotonun üzərində iş aparıldığı hiss edilmir.

Əslində “Facebook” sosial şəbəkəsi “Generative adversarial network”dan çoxdan istifadə edir. Onun köməyi ilə fotolardakı insanları identifikasiya etmək və etiketləmək olur.

Hələlik gözləri “açan” xidmət istifadəçilər üçün əlçatan deyil, çünki hələ onun üzərində iş davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: