Elon Mask sayt yaradır – PRAVDA

170

”SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri Elon Mask kütləvi informasiya vasitələrində yayılan informasiyaların səhihliyini yoxlamaq üçün yeni xidmət yaradacağını elan edib.

NUHÇIXAN xəbər verir ki, iş adamı bunu “Twitter”də yazıb. Onun yeni xidmət üçün ad seçimi çox maraqlıdır – Pravda.

“Elə bir sayt yaratmağa hazırlaşıram ki, ictimaiyyət onun köməyi ilə istənilən məqalənin mötəbərliyini öyrənsin və hər jurnalistin, redaktorun və nəşr olunan məlumatın etimad reytinqini izləmək imkanına malik olsun. Adını Pravda qoymağı düşünürəm”, – deyə E. Mask yazıb.

İş adamı bildirib ki, xidmət “bot”lardan qorunmalı və dezinformasiya üçün “bot ordusu”ndan istifadə edən hər kəsi axtarıb ifşa etməlidir. E. Mask öz səhifəsində belə bir saytın nə dərəcədə zəruri olduğunu öyrənmək üçün səsvermə də təşkil edib. (Bu xəbər hazırlanarkən səsverməyə 431 mindən çox istifadəçi qatılmış və onların 87 faizi belə bir xidmətə ehtiyac olduğunu bildirmişdi.)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: