Smartfonların məhsuldarlığını yoxlayan Çinin “AnTuTu” şirkəti cari ilin iyulunda yoxlanılmış və ən yüksək bal toplamış qabaqcıl “ağıllı” qurğuların reytinqini tərtib edib.
NUHÇIXAN “hi-tech” saytına istinadən yazır ki, 292977 bal toplamış “Xiaomi Black Shark” smartfonu reytinqdə ilk yeri tutub. Oyun smartfonu “Snapdragon 845” prosessoru, 8 QB-lıq əməli yaddaş, 256 QB-lıq daxili yaddaş və daxili maye soyutma sistemi ilə təchiz edilib.
“OPPO Find X” smartfonu ən məhsuldar “Android” sistemli smartfonların reytinqində 2-ci yerdə qərarlaşıb. Bu qurğunun orta məhsuldarlıq göstəricisi 286589 bal olub. Model “Snapdragon 845” prosessoru, 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq daxili yaddaşla təchiz edilib.
Sözügedən reytinqdə 283877 bal toplamış “VIVO NEX Ultimate” smartfonu 3-cü yeri tutub. 282644 bal göstəricisinə malik “OnePlus 6” smartfonu isə 4-cü olub.