Dünya təhlükəsizlik texnologiyaları bazarının həcmi 91 milyard dolları ötəcək

173

Bu il dünyada informasiya təhlükəsizliyi ilə əlaqədar aparat və proqram vasitələrinin, eləcə də xidmətlərin həcmi 10,2 faiz artaraq 91,4 milyard dollara çatacaq. Bu barədə “IDC” analitik şirkətinin hesabatında deyilir.

NUHÇIXAN “Computerworld” resursuna istinadən yazır ki, banklar, diskret istehsal (ilk növbədə yüksək texnologiyalar) sahəsi üzrə şirkətlər və dövlət qurumları təhlükəsizlik texnologiyalarının alışına ümumilikdə 27 milyard dollar sərf edəcəklər. Burada daha 4 sahənin (fasiləsiz istehsal, peşəkar xidmətlər, istehlak bazarı və telekommunikasiya) payı hərəyə 5 milyard dollar təşkil edir.

2018-ci ildə 18 milyard dollardan çox vəsait idarə edilən təhlükəsizlik servislərinin (kənar provayderlər tərəfindən idarə edilən, lakin müştəri platformasında yerləşən icarə sistemləri) ödənişi üçün xərclənəcək. Texnologiyaların ikinci ən böyük sektoru şəbəkə təhlükəsizliyi aparat vasitələridir. Ondan sonrakı yerdə inteqrasiya xidmətləri və istifadəçi qurğularının mühafizəsi üçün proqram təminatı qərarlaşıb.

Analitiklərin fikrincə, 2020-ci ilədək təhlükəsizlik texnologiyaları bazarının 30 faizinə inteqrasiya edilmiş təhlükəsizlik platformaları (Unified Threat Management, UTM) təklif edən tədarükçülər sahib çıxacaq. Belə platformaların populyarlığı təkcə onların qiymətinin ucuz olması ilə deyil, eyni zamanda təhlükəsizlik texnologiyalarının artan çətinliyi ilə əlaqədardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: