Dəniz minalarının aşkarlanması üçün robot yaradılacaq

159

“Mitsubishi Heavy Industries” korporasiyası Yaponiya Müdafiə Nazirliyinin sifarişi əsasında dəniz minalarını aşkarlayaraq zərərsizləşdirən robot yaradacaq.

NUHÇIXAN xəbər verir ki, söhbət sualtı robotla yanaşı, suüstü robotlaşdırılmış katerin daxil olacağı bütöv robotlaşdırılmış kompleksdən gedir.

Robotun 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Perspektivli kompleksin yaradıcıları bildirib ki, robot – sualtı robot və robotlaşdırılmış kater tandemi tral gəmiləri ilə müqayisədə daha effektiv həll olacaq. Onların sözlərinə görə, birincisi bilavasitə minaların aşkarlanması ilə məşğul olacaq, ikincisi isə onların məhv edilməsini həyata keçirəcək.

Hərbi qurumlar tərəfindən robotun yaradılmasına 4 milyard Yaponiya yeni (təxminən 36 milyon dollar) sərf ediləcək.

Robot su basımı 4 min ton təşkil edəcək perspektivli esminesin yaradılması üzrə layihə çərçivəsində hazırlanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: