Bu yayın ən yaxşı smartfonları - TOP-5

191

Bu ilin yazında müxtəlif cihazların təqdimatları baş tutub.

NUHÇIXAN-ın Vevby.ru saytına istinadən məlumatına görə, bununla əlaqədar mütəxəssislər təhlil apararaq, bu ilin yayının ən yaxşı telefonlarının TOP-5-ni tərtib ediblər.

Birinci yeri “Samsung Galaxy S9 Plus” smartfonu tutub. “Galaxy S9 Plus”u 60 min rubla və ya 966 dollara, yaxud da 1638 manata əldə etmək mümkündür. Telefon 12 meqapiksel ikili kamera ilə təchiz edilib. Məlumdur ki, cihazın kamerası hətta pis şəraitdə keyfiyyətli şəkillər çəkə bilir. Əsas kamera həmçinin kiçik ləngidilmiş çəkilişlərdə videoçarxların yazılmasında istifadə edilə bilir.

TOP-5-in ikinci yerində “Sony Xperia XZ2” smartfonu qərarlaşıb. Bu smartfon alıcıları qeyri-standart dizaynı və ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 845” prosessoru ilə cəlb edir.

Üçüncü yeri genişbucaqlı kameraya malik “LG G7 ThinQ” smartfonu tutur. Dördüncü yerdə üç kameralı “Huawei P20 Pro” smartfonu gəlir. Beşliyi isə “ASUS Zenfone 5Z” smartfonu qapayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: