Batareya istehsalçısı “əbədi” akkumulyatora malik smartfonlarını təqdim edib

133

“Energizer” şirkəti yüksək tutumlu batareya ilə təchiz edilmiş bir neçə smartfonunu təqdim edib. “Power Max” istehsal xəttinə məxsus aparatlar hələ cari ilin yanvarında elan edilmişdi.

NUHÇIXAN xəbər verir ki, “Power Max P600S” modeli 1080×2160 piksel təsvir ölçülü 5,99 düymlük ekran, “P25 MediaTek Helio” çipi, 6 QB-lıq əməli və 64 QB-lıq daxili yaddaşa malikdir. Akkumulyator batareyasının tutumu 4500 milliamper/saat təşkil edir.

“Power Max P550S” aparatı 720×1280 piksel təsvir ölçülü 5,5 düymlük ekran, “MediaTek MT6737” çipi, 2 QB-lıq əməli və 16 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 5000 milliamper/saata bərabərdir.

“Power Max” istehsal xəttinin qabaqcıl qurğusu olan “P16K Pro” modeli 1080×2160 piksel təsvir ölçülü 5,99 düymlük displey, “P23 MediaTek Helio” çipi, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daşıyıcı ilə təchiz edilib. Aparat 16 və 13 meqapiksellik modullardan ibarət ikiqat əsas kamera, həmçinin 13 və 5 meqapiksellik modullardan ibarət ikiqat ön kameraya malikdir. Bu aparatın əsas özəlliyi 16000 milliamper/saat tutumunda olan akkumulyatora malik olmasıdır. Yeni təqdim edilmiş smartfonların dəyəri hələ ki açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: