“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb

260

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. Bu, “Ariane-5″ raket daşıyıcısı üçün yubiley – 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – “Azerspace-2” və “Horizons 3e” var. İkincisi Yaponiyaya məxsusdur.
“Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: