“Asus” şirkəti “Computex-2018” beynəlxalq informasiya texnologiyaları sərgisi çərçivəsində “Project Precog” konseptual noutbukunu nümayiş etdirib. Qurğuya klaviatura əvəzinə ikinci sensor ekran quraşdırılıb.
NUHÇIXAN life.ru saytına istinadla xəbər verir ki, noutbuk iki sensor displeydən ibarətdir. Onlardan biri klaviatura rolunu oynayır. İstifadəçi klavişli sahəni öz istəklərinə uyğun quraşdıra bilər. Həmçinin kompüterin hər iki tərəfini 180 dərəcə açaraq ondan böyük displey kimi istifadə etmək mümkündür.
“Project Precog” noutbukunun satışa çıxarılması barədə məlumat verilmir.