“Armani” şirkəti “ağıllı saat” istehsal edib

284

NUHÇIXAN-ın “vevby.ru” saytına istinadən verdiyi məlumata görə, bu saatın fərqləndirici xüsusiyyəti premium dizaynıdır. Saatı 265 dollara və ya 501 manata əldə etmək mümkündür.

Cihazın istehsalı ilə “Fossil” şirkəti məşğul olacaq. Onun nümayəndələri bildirirlər ki, bu, ilk növbədə premium dizayna malik stil saatlar olacaq. Əsas üstünlük isə funksionallığa edilməyib.

Saatın GPS və NFC modulları mövcuddur. Yeni məhsul suya dözümlüdür.

“Ağıllı saat”ın adı “Emporio Armani Connected 2018” olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: