“Apple Watch” parkinson xəstəliyini erkən mərhələdə aşkar edəcək

186

Proqramçılar tərəfindən təqdim edilmiş yeni proqram istifadəçinin əllərinin titrəyişini izləyəcək.

NUHÇIXAN “life.ru” saytına istinadla xəbər verir ki, “Apple Watch” üçün “ResearchKit” proqramı parkinson xəstəliyinin simptomlarını tanıyır. Proqram təminatı “WatchOS 5” sisteminin nümayişi zamanı təqdim edilib.

Proqram xəstəliyin 2 əsas simptomunu qeydə alacaq: əllərin titrəyişini və diskineziya. “Ağıllı” saat bu simptomları aşkar edən kimi istifadəçiləri xəbərdar edəcək. Parkinson xəstəliyinin erkən mərhələdə aşkar edilməsi çox mühümdür.

Hazırda “ağıllı” saatlar yalnız istifadəçilərin ürək döyüntüsünə nəzarət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: