“Apple Watch” 76 yaşlı sahibinin həyatını xilas etdi

76

ABŞ-ın “Apple” şirkətinin istehsalı olan “ağıllı” saat sahibinin həyatını xilas edib.

NUHÇIXAN Vladtime.ru-ya istinadən xəbər verir ki, “Apple Watch” təzyiqinin qalxması barədə sahibinə xəbərdarlıqlar göndərib və onu vaxtında həkimə müraciət etməyə məcbur edib.

Honkonqun 76 yaşlı sakini Qaston D`Akuinoda həkimlər iki koronar damarın tıxanıqlığını aşkar ediblər. Üçüncü damar isə tutulmaq ərəfəsində olub. Zəruri tibbi müdaxilə nəticəsində onun həyatı qurtarılıb və növbəti gün evinə buraxılıb.

Pensiyaçı “Apple” şirkətinin rəhbəri Tim Kuka minnətdarlıq məktubu göndərib və onu “ağıllı” saatların reklamını genişləndirməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: