“Android” sisteminin idarəetməsi altında işləyən ən sürətli smartfonlar bəlli olub

157

Smartfonların məhsuldarlığını yoxlayan populyar “AnTuTu” xidməti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonların avqust ayı üzrə reytinqini dərc edib.

NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki, avqustda “Xiaomi” şirkətinin “Black Shark” adlı oyun smartfonu yenidən reytinqdə liderdir. Bu aparat 292887 bal toplayıb. 291025 bal toplamış yeni “Meizu 16” smartfonu isə sıralamada ikincidir.

289490 bal toplamış “Smartisan Nut R1” smartfonu reytinqdə üçüncü yerdə qərarlaşıb. İyulda üçüncü olmuş “Vivo NEX” smartfonu 286286 balla dördüncü, 286268 bal toplamış “Xiaomi Mi 8 Explorer Edition” qurğusu isə beşinci olub.

Xatırladaq ki, “AnTuTu” xidməti hər ay 10 ən qabaqcıl smartfonun siyahısını dərc edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: