“AirPods” qulaqcığı eşitmə cihazı kimi istifadə edilə bilər

223

iOS-un yeni versiyasında naqilsiz “Apple” qulaqcıqlarını eşitmə aparatı qismində istifadə edə bilmək imkanları yaradılıb.

NUHÇIXAN-ın “TechCrunch” nəşrinə istinadən verdiyi məlumata görə, yeni içlikdə real zaman rejimində smartfonun mikrofonundan səsi ötürə bilən funksiya aşkar edilib. Bununla da istifadəçi “iPhone”u müsahibinə yaxınlaşdıracaq və onun nitqini daha yaxşı eşidə biləcək. Təbii ki, bu, əsl eşitmə cihazını əvəz etməyəcək, ancaq məhdud eşitmə imkanları olan insanlara yardımçı olacaq.

Yeni funksiya “iOS 12” əməliyyat sisteminin beta versiyasında artıq istifadəyə verilib. “Apple” əməliyyat sistemli mobil cihazları üçün tam versiya payızda yeni “iPhone”ların təqdimatından sonra istifadəyə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: