“Ağıllı” sarğı yaraların sağalma prosesini izləyəcək

183

ABŞ-ın Tafts Universitetinin mühəndisləri yaraların sağalma prosesini izləyən quraşdırılmış ötürücülərə malik yeni “ağıllı” sarğı yaradıblar.

NUHÇIXAN xəbər verir ki, tərtibatçıların sözlərinə görə, artıq laboratoriya sınaqları keçirilən sarğı-plastır hətta mürəkkəb yaraların öhdəsindən gələ bilir. Quraşdırılmış ötürücülər infeksiya və ya iltihabın mövcudluğunu göstərən “pH” səviyyəsini və bədən temperaturunu izləyir.

Bildirilir ki, yanıqlar və müxtəlif xəstəliklər dərinin bərpaedici qabiliyyətini poza bilər, lakin “ağıllı” plastır hətta pis bitişən yaraları effektiv şəkildə sağaldaraq xəstə və ya həkimlər tərəfindən müdaxiləni minimuma endirir. Texnologiya dərinin təbii bitişməsinə imkan yaradır. Mikroprosessor ötürücü məlumatlarını oxuyur və istifadəçinin istəyinə uyğun olaraq antibiotik dozaları dərinin altına yeridir. Bütün konstruksiya şəffaf tibbi plyonkaya bərkidilib və 3 millimetrə yaxın qalınlıqda elastik sarğını formalaşdırır.

Plastır yaradıcıları sarğı materialının ucuz alınması, mikroprosessordan başqa bütün komponentlərin isə birdəfəlik olması üçün çalışıblar. Gələcəkdə “ağıllı” sarğının tətbiq ediləcək sahələrinin genişləndirilməsi üçün onun imkanlarının artırılması nəzərdə tutulur. Hazırda texnologiyanın “in vitro” şəraitində uğurlu sınağı keçirilib və klinikaya qədər olan testi aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: