ABŞ alimləri ən kiçik kompüter hazırlayıblar

212

ABŞ-ın Miçiqan Universitetinin alimləri ən kiçik kompüter hazırlayıblar. Eni 0,3 millimetr təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görünür.

NUHÇIXAN hi-news.ru saytına istinadla xəbər verir ki, Miçiqan Universitetinin yeni mikrokompüteri enerji kəsilən kimi bütün məlumatı itirir. Yeni qurğu prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür.

“Michigan Micro Mote” kompüteri xərçəng xəstəliyinin tədqiqi, qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi, neft rezervuarlarının və biokimyəvi proseslərin monitorinqi, kiçik ilbizlərin tədqiqi üçün istifadə edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: