ABŞ alimləri əllərin titrəməsinin qarşısını alan bilərzik hazırlayıblar

83

Tremor – səbəbi məlum olmayan hərəkət pozğunluğudur.

Bu patologiya adətən əllərin və ya barmaqların titrəməsi ilə özünü göstərir.Bəzən baş, səs telləri və bədənin başqa hissələrinin də titrəməsi müşahidə olunur.

NUHÇIXAN meddaily.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Kanzas Universitetinin alimləri əllərin titrəməsini azaldan unikal bilərzik hazırlayıblar. Yeni qurğunun sınaqlarında iştirak üçün 130 pasiyent dəvət edilib. Bilərzik əllərin titrəməsinə səbəb olan neyron fəallığının qarşısını almaq üçün biləkdə median və radial sinirlərə impulslar ötürür. Qadcet sayəsində sınaq iştirakçılarının əllərinin titrəməsi 65 faiz azalıb.

Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: