Süni intellekt insanları yerişinə görə tanıyacaq

137

“StoofBD” adlanan yeni sistem insanları yerişinə görə səhvsiz müəyyənləşdirə bilir. Əvvəllər hazırlanan analoqundan 380 dəfə dəqiq olan sistem avtonom işləyir.

NUHÇIXAN xəbər verir ki, Mançester Universiteti tərəfindən hazırlanan “StoofBD” sisteminin yaradıcısı bildirib ki, yerimə zamanı insanlar unikal yerişi formalaşdıran 24 müxtəlif hərəkətdən istifadə edirlər. Tanınma sisteminin yaradılması üçün 120 insanın 20 min addımından ibarət məlumat bazası formalaşdırılıb. Hər bir addım ölçülüb və onun şəkli yüksək təsvir ölçüsündə çəkilib.
Bundan başqa, addımlar xüsusi xalçalar vasitəsilə ölçülüb. Xalçalardan əldə edilən informasiya süni intellekt tərəfindən emal edilərək uyğunluqlar müəyyənləşdirilib. Məhz bu, sistemə dəqiq işləməyə imkan verir.
“StoofBD” sisteminin aeroportlarda və evdə təhlükəsizlik məqsədləri üçün tətbiqi nəzərdə tutulur. Bundan əlavə, sistemdən iş yerlərində fəaliyyətə nəzarət üçün istifadə mümkündür. Bunun üçün döşəmənin xüsusi xalçalarla döşənməsi və otağın yüksək təsvir ölçülü kameralarla təchiz edilməsi tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: