Yaşıl və bənövşəyi “iPhone”

135

İnternetdə “Apple” tərəfindən bu il təqdim olunacaq yeni “iPhone”ların ilk fotoları yayılıb.

NUHÇIXAN “TechnoCodex”ə istinadən verdiyi xəbərə görə, fotolarda sentyabrda təqdim olunacaq smartfonların prototipləri yer alıb.

Cihazlar zahirən “iPhone X” smartfonunu çox xatırladır. Hələlik yeni cihazların texniki xüsusiyyətləri bəlli deyil və əsas fərq kimi rənglər görünür.

Daha əvvəl də söz-söhbət yayılmışdı ki, “Apple” fərqli rənglərdə “iPhone” buraxacaq. Lakin hansı yeni rənglərdən istifadə olunacağı məlum deyildi. İndi fotoları yayılan prototiplərdə yaşıl və bənövşəyi rəngli “iPhone”lar nəzərə çarpır.

Hələlik “Apple” məhz bu rənglərdə “iPhone” buraxacağını təsdiqləməyib.

Qeyd edək ki, “Apple” sentyabrda keçirəcəyi rəsmi təqdimatda “iPhone 9”, “iPhone Xs” və “iPhone Xs Plus” smartfonlarını nümayiş etdirməyə hazırlaşır. Onların hər üçü OLED displeylə təchiz olunacaq. “Apple” LCD displeylərdən tam imtina etməyə hazırlaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: