“RED” smartfonu videonu “8К” formatında çəkəcək

178

“RED” şirkətinin yayın sonunadək satışa çıxarılacaq “Hydrogen One” smartfonu “8K” formatlı videonun çəkilişinə imkan verən qoşa kamera ilə təchiz ediləcək.

NUHÇIXAN “Life” resursuna istinadən yazır ki, “RED”  üçün xüsusi kamera ixtisaslaşdırılmış optikanın istehsalı ilə məşğul olan “Lucid” şirkəti tərəfindən hazırlanıb.

Məlumata görə, kamera eyni anda “4K” təsvir ölçüsündə çəkən iki sensordan ibarət olacaq. Əldə olunan təsvirləri ya “8K” təsvir ölçüsünə, ya da stereoskopik hərəkətli fotoya çevirmək mümkün olacaq.

Belə funksiyalara malik smartfonun istehlakçılar arasında kütləvi populyarlıq qazanmayacağı, lakin peşəkar rejissorlar arasında özünə auditoriya tapacağı ehtimal olunur.

Qurğu 5,7 düym diaqonallı holoqrafik ekran, “Snapdragon 835” prosessoru, 4500 milliamper/saat tutumlu akkumulyator ilə təchiz ediləcək.

“Hydrogen One” smartfonunun ilkin satış qiyməti 1195 dollar təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: