“Boeing” sərnişin təyyarələri qatlanan qanadlardan istifadə edəcək

139

ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing777Х” mülki təyyarələrində qatlanan qanadlardan istifadəni təsdiq edib.

NUHÇIXAN xəbər verir ki, bu konstruksiya məxsusi olaraq böyük təyyarələrin anqarlarda hərəkət etmələri üçün hazırlanıb. Hava gəmisi anqarda saxlanılmamışdan əvvəl qanadların ucları qatlanaraq qaldırılacaq.

Məlumata görə, yenilik qanadlarının eni 79,9 metr təşkil edən ikigöyərtəli “А380 Airbus SE” təyyarəsi üçün böyük əhəmiyyət kəsb edir. Belə təyyarələr üçün anqarlara bütün aeroportlarda rast gəlinmir. “Boing” şirkəti artıq şarnir mexanizmli təyyarələr hazırlamağa başlayıb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi şirkəti təyyarələrin uçuş zamanı qanadların uclarının qalxmasını bloklayan funksiya və pilotlara qanadların hansı vəziyyətdə olmasını bildirən xəbərdaredici sistemlərlə təchiz edilməsi ilə bağlı xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: