Bir terabaytlıq quraşdırılmış yaddaşa malik ilk smartfon nümayiş olunub

128

Çinin “Smartisan” şirkəti 1 terabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilən “Smartisan R1” smartfon modelini təqdim edib.

NUHÇIXAN xəbər verir ki, smartfonun korpusu şüşə panellərdən və alümin çərçivədən ibarətdir. Qurğu Full HD+ (2240 x 1080 piksel) təsvir ölçülü və tərəflərinin nisbəti 18,7:9 təşkil edən 6,17 düym diaqonallı ekran, barmaq izi skaneri, 12+20 meqapikselli qoşa əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.

Məlumata görə, yeni modelin aparat əsasını qabaqcıl “Qualcomm Snapdragon 845” prosessoru təşkil edir. Yaddaş tutumuna 6 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaş toplayıcısı, eləcə də 128 giqabayta malik 8 giqabaytlıq operativ və ya UFS 2.1 yaddaş toplayıcısına malik 1 terabaytlıq versiyalar daxildir. 3600 milliamper/saat tutumlu akkumulyator sürətli “Qualcomm QuickCharge 4+” enerjidoldurma və “Qi” standartlı simsiz enerjidoldurma funksiyasını dəstəkləyir. Bundan başqa, iki SİM kartdan istifadə, “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5 LE”, “GPS”, “NFC” modulları dəstəklənir, eləcə də “USB Type-C” portu və stereodinamiklər quraşdırılıb.

Ağ, qara rəng versiyalarında təklif olunan “Smartisan R1” smartfonun qiyməti yaddaş tutumuna görə dəyişir (6 + 64 giqabayt – 549 dollar, 6 + 128 giqabayt – 627 dollar, 8 + 128 giqabayt – 705 dollar, 8 giqabayt + 1 terabayt – 1388 dollar).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: