İstehlak robotlarının tədarükü 100 milyon ədədə çatacaq

109

“ABI Research” analitik şirkəti 2026-cı ilədək istehlak robotlarının tədarük həcminin 100 milyon ədədə çatacağını, bazarın pul ifadəsində həcminin 23 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

NUHÇIXAN  xəbər verir ki, evə qulluq üçün robotlar artıq bazarda mədaxilin əsas artım qüvvəsinə çevrilib. Bu kateqoriyada liderlərdən biri kimi mütəxəssislər tərəfindən istehlak robot tozsoranlar buraxan “iRobot” şirkəti göstərilir. İstehsalçının 2016-2017-ci illərdə mədaxili 25 faizdən çox – 2,93 milyard dollardan 3,69 milyard dollaradək artıb.

Bildirilir ki, “iRobot” hazırda Amerika və Avropa, Asiya-Sakit okean ölkələri bazarında fəaliyyətini genişləndirib, şirkətin Çinin “Ecovacs” kimi rəqibləri isə ona çatmağa çalışırlar. Analitik şirkətin ehtimalına görə, uzunmüddətli perspektivdə bu regionun evə qulluq üçün robotlar bazarında payı Amerika və Avropa göstəricilərinə yaxınlaşacaq.

Daha bir əhəmiyyətli yenilik oyuncaq və əyləncə robotları seqmentinin azalmasıdır. Ekspertlərin fikrincə, bu məhsulları müasir texnologiyaları dəstəkləyən daha qabaqcıl fərdi robotlar sıxışdıracaq.

Gözlənilir ki, 2026-cı ildə oyuncaq və əyləncə robotlarının tədarük payı 2014-cü ildəki 75 faizdən 47,1 faizədək azalacaq, onların mədaxilə töhfəsi isə 31,7 faizdən 10 faizədək enəcək. Eyni zamanda fərdi və sosial robotlar tədricən bazarda təşəkkül tapacaq və 2026-cı ildə ümumi mədaxilin 21 faizini təmin edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: