“Samsung Galaxy S9 Lite” smartfonunun təqdimat tarixi məlum olub

97

İnternetdə “Samsung Galaxy S9 Lite” smartfonu barədə yeni məlumatlar dərc edilib. Bu dəfə smartfonun mayın 21-də təqdim ediləcəyini bildirən informasiya açıqlanıb.

NUHÇIXAN  xəbər verir ki,   qırmızı rəngdə buraxılacaq qurğu Çin bazarında satış üçün nəzərdə tutulacaq. Bu, qabaqcıl “Galaxy S9 Series” modellərinin sadələşdirilmiş versiyası olacaq.

İnternetdə “Samsung” şirkətinin qabaqcıl modellərindən birinin “Lite” versiyasının tezliklə buraxılacağı barədə çoxlu şayiələr yayılıb. Bundan əvvəlki məlumatlara görə, Cənubi Koreya şirkəti “Galaxy S9 Mini” smartfonunu təqdim edəcək. Bu yaxınlarda isə ötənilki “Galaxy S8” modelinin sadələşdirilmiş “S8 Mini” versiyasının hazırlanması ilə bağlı məlumatlar dərc olunub. Hazırda isə buraxılışa hazırlanan qurğu “Galaxy S9 Lite” adlanır.

Bildirilir ki, qurğu orta sinifli “Snapdragon 660” prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz ediləcək. Bundan başqa, smartfon 3 min milliamper/saat tutumlu batareyaya, 16 meqapikselli tək kameraya və “FHD+” formatlı ekrana malik olacaq.

“Samsung” şirkəti hazırda qabaqcıl modellərə tələbatın zəif olmasına görə narahatdır. Şirkət rəhbərliyinin fikrincə, bu ilin ikinci rübündə qabaqcıl smartfonların satış həcminin kəskin azalması gözlənilir. Bu səbəbdən istehsalçı müxtəlif marketinq gedişlərinə əl atır, məsələn, Çin bazarı üçün qırmızı rəngli “Galaxy S9 Series” smartfonunu buraxır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: