Yaponiyanın elektronika sahəsində tanınmış “Casio” şirkəti rəqəmsal fotokamera bazarını tərk etdiyini bildirib.
NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, buna səbəb kimi smartfonların təsiri göstərilir.
Xatırladaq ki, şirkət özünün ilk rəqəmsal kamerasını 1995-ci ildə istehsal edib. Bu, dünyada arxa panelində maye kristal displey olan ilk model idi. Məhz həmin məhsul rəqəmsal fotokameralar bazarında böyük sıçrayış yaradıb.
Lakin son zamanlar belə kameralara malik smartfonlar daha böyük populyarlıq qazanıb. Son iki ildə “Casio” şirkətinin fotokameralarına tələbat həmin məhsulun kütləvi şəkildə satıldığı dövrlə müqayisədə on dəfələrlə azalıb. Buna görə də şirkət həmin məhsulun istehsalının dayandırlması barədə qərar qəbul edib.