“Panasonic” sifətin tanınması funksiyasına malik smartfonunu təqdim edib

79

Yaponiyanın “Panasonic” şirkəti “4G” smartfonlar xəttinə yeni “P95” modelini əlavə edib. Yeni aparat sifətin tanınması vasitəsilə blokdan çıxartmaq texnologiyasına malikdir.

NUHÇIXAN “dailycomm.ru” saytına istinadən xəbər verir ki, təqdim edilmiş qurğu 1280×720 nöqtə (HD) təsvir ölçülü 5 düymlük ekran, 1.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 210” (MSM8909) prosessoru, 1 QB-lıq əməli yaddaş və 16 QB-lıq daxili fləş daşıyıcı ilə təchiz edilib. Bundan başqa, tutumu 128 QB-dək “microSD” formatlı çıxarılıb taxılan yaddaş kartlarının qoşulması üçün bölmə nəzərdə tutulub.

8 meqapiksellik əsas kamera işıq diodu işıqlandırıcısına malikdir. “Selfi” və videozənglər üçün nəzərdə tutulmuş 5 meqapiksellik ön kamera telefonu blokdan çıxartmaq üçün sifətin tanınması texnologiyasını dəstəkləyir.

Həmçinin aparatda “4G LTE”, “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1” və “GPS” simsiz rabitə modulları dəstəklənir, “SIM” kartlar üçün iki slot, 2300 milliamper/saat tutumunda çıxarılıb taxılan akkumulyator batareyası var və “Android 7.1.2 Nougat” əməliyyat sistemi quraşdırılıb. Cihazın qalınlığı 7,95 mm, çəkisi 164 qr-dır.

“Panasonic P95” smartfonunun satış qiyməti 75 dollardır. Aparat göy, qızılı və boz rənglərdə əlçatandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: