Alimlər 2015-ci ildə kimya üzrə Nobel mükafatı laureatı Robert Qrabbsın rəhbərliyi altında smartfonlar üçün 1 həftə ərzində şarj saxlaya bilən akkumulyator hazırlayıblar.
NUHÇIXAN “life.ru” saytına istinadən xəbər ki, yeni akkumulyator ftorid materialı əsasında işləyəcək. İndi litium-ion batareyalar buraxılır. Ftorid materialın problemi ondadır ki, özündən enerjini buraxaraq güclü qızır. Alimlər bu problemi həll ediblər.
Ftoriddən hazırlanmış akkumulyatorda enerjinin sıxlığı yüksəkdir. Belə akkumulyator indiki batareyalarla müqayisədə 8 dəfə daha çox enerji saxlaya bilər. Qeyd edək ki, yeni hazırlama ilkin mərhələdədir. Batareyalar yeni materialdan hazırlanacaq.