Ən təhlükəsiz messencer məlum olub

155

“Artezio” şirkətinin ekspertləri 20-dən çox messenceri təhlil edərək istifadəçilər üçün ən təhlükəsiz messenceri müəyyənləşdiriblər. “Signal” messenceri təhlükəsizlik səviyyəsinə görə ilk yeri tutub.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, mütəxəssislər “iOS” və “Android” sistemlərinin idarəetməsi altında işləyən messencerləri 30 parametr üzrə yoxlayıblar.

Şifrləmə protokolu və ikimərhələli autentifikasiya üzrə yüksək nəticə göstərmiş “Signal” messenceri birinci yeri tutub.

“Wickr” messenceri ikinci, “Telegram” isə üçüncü yerdə qərarlaşıb.

“Facebook Messenger” ən təhlükəli messencer elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: