Yaponiyada hərəkət edən avtomobildə “5G” protokolu üzrə məlumatların ötürülməsi sistemi sınaqdan keçirilib
Yaponiyanın ən böyük rabitə operatoru “NTT DoCoMo” və “Mitsubishi Electric” şirkəti birgə hərəkət edən avtomobildə “5G” protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər.
NUHÇIXAN “hightech.fm” saytına istinadən yazır ki, sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək.
“Binaların divarlarına qurulmuş baza stansiyalarının antenaları şüanı nəqliyyat vasitələrinin yuxarı hissəsinə qurulmuş mobil terminallara göndərir” – şirkətlərin nümayəndələri deyiblər.