Yaponiyada robotların xidmət göstərdiyi otellərin sayı artır

71

Yaponiyada müasir texnologiyalarla, o cümlədən robotlarla təchiz edilən otellərin sayı artır.

NUHÇIXAN xəbər verir ki, otellərdəki robotlar yapon dilini bilməyən əcnəbi turistlərə müxtəlif xidmətlər göstərirlər. Xüsusən paytaxt Tokioda üstünlük təşkil edən belə otellərdə humanoid-robotlar qonaqları salamlayaraq, onlara qeydiyyatdan keçmək üçün yardımlarını təklif edirlər. Bu robotlar ingilis, Çin və Koreya dillərində xidmət göstərirlər.

Yaponiyanın aparıcı turizm agentlikləri belə robotların xidmət etdiyi otellərin sayını artırmağa çalışırlar. Bir çox otellərdə robotlardan otaqların yığışdırılmasında da istifadə olunur.

Agentliyin nümayəndələrinin bildirdiklərinə görə, sürətli inkişafda olan otelçilik biznesində robotlardan istifadə bu sahədə işçi qüvvəsinin çatışmazlığını aradan qaldırmağa yardım edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: