Populyar brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

162

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox) “TLS” (Transport Layer Security) şifrləmə protokolunun 1.0 və 1.1 versiyalarının dəstəklənməsini dayandıracaq. Bu barədə internet brauzerlərinin istehsalçıları olan “Apple”, “Google”, “Microsoft” və “Mozilla” şirkətlərinin məlumatında deyilir.

NUHÇIXAN “Computerworld” resursuna istinadən yazır ki, “TLS” protokolu “SSL” (Secure Socket Layer) kimi tanınan standartın əvəzlənməsi məqsədilə yaradılıb. Onlar brauzer və server arasında rabitə kanalı məlumatlarının ələ keçirilməsinin mühafizəsi üçün nəzərdə tutulub.

Məlumata görə, protokolun 1.0 və 1.1 versiyaları (onların birincisi təxminən 20 il əvvəl yaradılıb) artıq köhnəlib və onları avqustda internet üçün standartlar hazırlayan “IETF” təşkilatı tərəfindən təsdiqlənən 1.2 və 1.3 versiyaları əvəzləyib. 1.2 versiyasını dörd brauzer, ilkin variantda olan 1.3 versiyasını isə “Chrome” və “Firefox” dəstəkləyir. “Qualys” şirkətinin məlumatına görə, saytların əksər hissəsi də “TLS 1.2” versiyasını dəstəkləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: