“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib

171

“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib. “Galaxy Book” planşetinin birinci nəsli “Intel Core”  prosessoru ilə təchiz edilmişdi. “Galaxy Book 2” isə “Always Connected PC” kateqoriyasına aiddir, “Qualcomm Snapdragon 850” ARM prosessoru, 1 QB-lik “LTE” texnologiyası ilə təchiz edilib və “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

NUHÇIXAN “ferra.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy Book 2” planşeti “Full HD+” (2160×1440 piksel) təsvir ölçülü 12 düymlük “Super AMOLED” displeyi, 4 QB-lıq əməli yaddaş, 128 QB-lıq sərtgövdəli daşıyıcı, 8 və 5 meqapiksellik kameralar, “AKG” dinamikləri ilə təchiz edilib. “LTE Cat.18” və ikizolaqlı “Wi-Fi” (802.11 ac) dəstəklənir. 2 “USB Type-C” portu, “microSD” slotu və 3,5 mm-lik konnektor mövcuddur.

Avtonom iş vaxtı 20 saata bərabərdir. 2 noyabr 2018-ci il tarixində satışa çıxarılacaq planşetin qiyməti 999,99 ABŞ dolları təşkil edəcək. Tədarük dəstinə stilus və klaviatura daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: