İspan alimləri coğrafi təhlil üçün nanopeyklər yaradırlar

166

”Karten Space” şirkətini təmsil edən ispan alimləri Yerin səthində çox sürətlə coğrafi təhlil aparmağa imkan verən texnologiya işləyib hazırlayıblar.

NUHÇIXAN xəbər verir ki, mühəndislər Aynoa Sid del Valle və Maksimo Kalvo tərəfindən 2015-ci ilin mayında yaradılmış “Karten Space” adlı kiçik şirkətin saytında nanopeykdən çəkilmiş fotoşəkil yerləşdirilib. Alimlərin fikrincə, səmanın sərhədləri yoxdur. Onlar planetimizi kosmosdan müşahidə etmək üçün öz xidmətlərini, o cümlədən mədəni bitkilərin, meşə səthinin təsnif edilməsini, dəniz nəqliyyatı gəmilərinin və hətta avtomobillərin eyniləşdirilməsini təklif edirlər.

Təsviri təhlil etməyə və üzərində işləməyə, lazımi informasiyanı əldə etməyə imkan verən alqoritmlər ”Karten Space” şirkətinin başlıca nailiyyətidir. Bu proses avtomatikdir. Fotoşəkildəki hər bir piksel insan gözünün görə bilmədiyi informasiya daşıyıcısıdır.

Şirkət ilk nanopeyki gələn il buraxmaq niyyətindədir. Nanopeyk NASA-nın bəyənəcəyi termoplastik materiallardan hazırlanacaq. ”Karten Space” əməkdaşları tədqiqat işləri apararaq zondun optik avadanlığını və strukturunu işləyib hazırlayıblar. Növbəti addım altı kiçik peyki orbitə buraxmağa imkan verəcək maliyyələşdirmə mənbələri axtarmaq olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: